Paşinyan Brüssel danışıqları barədə ABŞ-ın dövlət katibini məlumatlandırıb
Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Baş nazir və dövlət katibi regionda kommunikasiyaların açılması və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
N.Paşinyan mayın 22-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi üçtərəfli görüş barədə təəssüratlarını bölüşüb, danışıqların ümumilikdə müsbət keçdiyini vurğulayıb.
Həmçinin tərəflər Ermənistanda demokratik islahatlar ətrafında fikir mübadiləsi aparıblar.(report)
Digər Xəbərlər
26 Aprel 2024 17:45
Ərdoğan: Bütün səylərimiz regionda sülh və sabitliyin təmin olunmasına yönəlib
26 Aprel 2024 17:17İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - VİDEO
26 Aprel 2024 17:00“Crocus" terroru ilə bağlı daha bir nəfər SAXLANILDI
26 Aprel 2024 16:44Hakan Fidan: Dünyada islamofobiya güclənib, mübarizə aparılmalıdır
26 Aprel 2024 14:05