adalet.az header logo
  • Bakı -°C
29 Noyabr 2023 15:22
841
GÜNDƏM
A- A+

Paşinyan qorxusundan qırılan hərbçilərinin yox,  bizim şəhidlərin sayını qabardır

Erməni mediası yenə özünə “təsəlli” olacaq məlumatlar yaymağa başlayıb.


Adalet.az xəbər verir ki, məlumat əslində Ermənistan ictimai radiosunun ermənilərə növbəti “ürək-dirək” vermə “əməliyyatı”dır.


İddiaya görə 2023-cü ilin 11 ayı ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun ən azı 258 hərbi qulluqçusunu itirdiyi bildirilir.
Bildirilir ki, 212 nəfər döyüşlər zamanı həlak olanlardır. 46 nəfəri isə qeyri-döyüş itkiləridir.
Məlumatda qeyd edilir ki, 2023-cü ildə ümumilikdə 20 hərbi qulluqçu intihar edib. Həyatlarını itirənlərin 126 nəfəri Müdafiə Nazirliyinin, 9 nəfəri Dövlət Sərhəd Xidmətinin, 3 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 17 nəfəri Daxili Qoşunların, 1 nəfər Strateji Obyektlərin Mühafizə İdarəsinin (SOM), 1 nəfər Ədliyyə Nazirliyinin, 1 nəfərsə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) hərbiləşdirilmiş mühafizə idarəsinin əməkdaşları olub.


Ölənlərdən 132 nəfəri əsgər, 50 nəfəri zabit, 44 nəfəri müddətdən artıq hərbi xidmət qulluqçuları, 26 nəfəri gizir, 3 nəfəri isə kursant rütbəsində olub. Digər 3 nəfərin rütbəsini müəyyənləşdirmək mümkün olmayıb.
Məlumatlara görə, ölüm hadisələrinin əksəriyyəti lokal hərbi əməliyyatlar zamanı baş verib. Ümumilikdə, araşdırmalar göstərir ki, hadisələrin əksəriyyəti Qarabağda baş verib.


Qeyd edək ki, Qarabağ ermənilərinin nümayəndələri indiyədək Azərbaycanın antiterror tədbirləri zamanı ölən və yaralanan separatçıların sayı ilə bağlı müxtəlif rəqəmlər səsələndiriblər. Ölənlərin gah 200, gah da 400 olduğu iddia edilib. Hələ ki, dəqiq rəqəm söylənilməyib. Paşinyan hökumətinə müxalif oaln erməni fəallar bu rəqəmin 500-700 arasında dəyişdiyini iddia edirlər.

 Əntiqə Rəşid