26 Iyul 2024 16:49
169
DÜNYA

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsində olub

Baş nazir Nikol Paşinyan Ermənistanın Armavir vilayətinə səfəri zamanı Ermənistan-Türkiyə sərhədində modernləşdirilmiş Marqara keçid məntəqəsinə baş çəkib.

Adalet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onu səfərdə Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan müşayiət edib.

    Baş nazir sərhəd-keçid məntəqəsinin imkanları ilə tanış olub, ərazini gəzib.