adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 May 2022 15:45
1711
TEXNOLOGİYA

Paşinyanı və Ermənistanı sevindirən bir İLK: Bizdən tam 11 il sonra...

Tanınmış erməni iqtisadçı Karen Adontsun ötən ayın sonunda Ermənistanın hazırkı iqtisadi durumu ilə bağlı verdiyi açıqlamadan sonra əhali arasında dərin bir ruh düşkünlüyü yarandı. İqtisadçı Ermənistanda iqtisadiyyat kiçik, kasıb və perspektivsiz vəziyyətdə olduğunu söyədi və yeni istehsal sahələrinin inkişafına ehtiyac var, lakin bunun üçün yeni texnologiyalar, sənaye zonaları, həmçinin mütəxəssislər lazımdır deyə bildirdi.

Adonts onu da qeyd etdib ki, iqtisadi inkişaf problemini həll etmədən sosial məsələlərin mümkün həll yollarını müzakirə etmək mümkün deyil:“İqtisadiyyat inkişaf etməlidir ki, sosial problemləri həll edə bilsin, ordunun problemlərini həll edə bilsin. İnkişaf olmadan heç bir problem həll edilə bilməz”.

Hesab edirik, Ermənistan baş nazir Nikol Paşinyanın bu günki sevincli açıqlaması məhz iqtisadçı Karen Adonts kimi düşünənlərə bir “muştuluq xəbər” effekti verib.

Adalet.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasında Ermənistanın ilk kosmik peykinin orbitə buraxılması haqqında mühüm açıqlama ilə çıxış edib: “2022-ci il mayın 25-də Yerevan vaxtı ilə saat 22:35-də ABŞ-ın Kanaveral burnundan “Space-X” kosmik gəmisi ilə ilk kosmik peykimiz buraxılıb. Raketin buraxılışında yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts iştirak edib.”

Ermənistanın “Geocosmos” dövlət müəssisəsi ilə İspaniyanın “SATLANTIS” şirkətinin əməkdaşlığı sayəsində baş tutan bu mühüm hadisəni yüksək qiymətləndirən baş nazir hökumətin məqsədinin Ermənistanda kosmik texnologiyaların, eləcə də kosmik avadanlıqların istehsalının lokallaşdırılması olduğunu vurğulayıb:” 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq, onun ətrafında mütəxəssislərdən ibarət elmi-istehsalat qrupu formalaşacaq”

Qeyd edək ki, Ermənistan baş nazir Nikol Paşinyanın indi sevinclə bəhs etdiyi hadisəni Azərbaycan düz 11 il əvvəl qeyd edib.Beləki, 2013-cü il fevralın 8-nə keçən gecə Azərbaycanın ilk süni peyki orbitə buraxılıb. “Azerspace-1” adlanan ilk peyk Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru kosmodromundan “Ariane Space” şirkətinin (Fransa) raket daşıyıcısı vasitəsilə geostasionar orbitə çıxarılıb. Azərbaycanın ilk rabitə peykin ümumi çəkisi 3250 kq təşkil edir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.

Əntiqə Rəşid