Pasportda "artsax" əvəzinə "Azərbaycan" adına qəzəblənən ermənilər
Ötən ilin noyabrında Ermənistanın “Telegram”kanallarına istinadən xəbər vermişdik ki, Qarabağdan gedən ermənilərə Ermənistan vətəndaşlığını sürətləndirilmiş qaydada ala biləcək.
Məlumatı Daxili İşlər Nazirliyi yaymışdı.Bunun üçün İrəvanda Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə, rayonlarda isə Daxili İşlər Nazirliyinin bütün ərazi bölmələrinə müraciət olunmalı, ərizə yazılmalı və lazımi sənədlər təqdim edilməlidir.
Bir-iki ay ərzində müraciət edən şəxs ölkə prezidentinin fərmanı ilə Ermənistan vətəndaşlığına qəbul edildiyi barədə qısa mesaj alacaq. Növbəti mərhələdə artıq Ermənistan Respublikasının vətəndaşı olaraq, yeni pasport üçün ərizə yazılacaq.
Adalet.az xəbər verir ki, Ermənistan Respublikası Qarabağı tərk edən bir xeyli erməninin vətəndaşlığını bərpa edib.
Bunu erməni jurnalist Siranuş Sarkisyan həyəcan təbili çalaraq mediaya bildirib. “Bəzi Qarabağdan gələn ermənilər Ermənistan Respublikasının vətəndaşlığını bərpa edərək pasportlarımızda doğulduğumuz yerin Azərbaycan kimi göstərildiyini görürük”.
Erməni jurnalist bildirib ki, amma digər ailə üzvlərinin pasportlarında Dağlıq Qarabağ və ya məsələn, Martuni, Stepanakert yazılıb. Bəzi vətəndaşlarımız şikayət edəndə, heç bir müdaxilə olmur. O zaman pasport sahibi özbaşına həmin adları dəyişir. Artıq pasport almış və bu problemlə üzləşmiş şəxslərdən xahiş edirəm ki, şəxsiyyətini təsdiq edən bu ən mühüm sənədin üzərində özbaşına qeydlərin “qaralanmasını” dayandırsın. Hökümətdən bununla bağlı açıqlama alsın”-deyə o qeyd edir.
Erməni mediasının yaydığı bu xəbərdən sonra anlamaq çətin deyil ki, Qarabağı könüllü tərk edən erməniləri əsəbləşdirən iki məqamdır. Birinci məqam "düşmən elan etdikləri Azərbaycan sözünün pasmortlarında qeyd edilməsi.
İkinci məqam isə məhz "Artsax Respublikası" qeydinin pasport kimi önəmli bir sənəddə olmamasıdır. "Ölmüş-itmiş" artsaxın stepanakert, martuni, madakert əlavələrinin yerində, məsələn, Azərbaycan Respublikasının Xankəndi, Xocavənd, Ağdərə və yaxud diğər adlarla əvəz olunması bir daha onlara xatırladır ki, Qarabağ Azərbaycandır.
Əntiqə Rəşid
Digər Xəbərlər
10 Noyabr 2026 18:27
Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Kompleksi açıldı
10 Noyabr 2026 14:31
COP31 prezidenti Azərbaycanın iqlim prosesinə töhfəsini yüksək qiymətləndirib
10 Noyabr 2026 12:11
Səfərdən qayıdan sürücülərə - XƏBƏRDARLIQ - VİDEO
10 Noyabr 2026 11:08
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
10 Noyabr 2026 10:56
“Qonşuları onun vəfat etdiyini bir neçə gün gün sonra biliblər”
10 Noyabr 2026 10:31
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - VİDEO
09 Noyabr 2026 19:46
Mehriban Əliyevadan səmimi PAYLAŞIM - VİDEO
09 Noyabr 2026 12:39


Bakı -°C

