Paytaxt sakinlərinin NƏZƏRİNƏ! - Kirayə evlər bahalaşır - VİDEO

Rusiyada baş verən hadisələr ölkəmizdəki kirayə mənzil bazarına da təsir edib. Rieltorların sözlərinə görə, artıq paytaxtın mərkəzi hissələrində kirayə mənzil axtaran Rusiya vətəndaşlarına rast gəlmək olur. Əmlak məsələləri üzrə ekspert isə deyir ki, onlar ilk olaraq kirayə mənzilə yerləşirlər. Daha sonra qalıb-qalmayacaqlarını qərarlaşdırıb daşınmaz əmlak almaq barədə düşünürlər.
Paytaxt Bakıda bir müddət əvvəl aylıq kirayəsi 200 manata təklif olunan mənzil indi 300-350 manata təklif edilir.
Rusiyada baş verən hadisələr fonunda bu ölkənin vətəndaşlarının ölkəmizə axını kirayə mənzil bazarına təsir edir. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, Rusya vətəndaşlarının ölkəmizə gəlmələri hələlik daşınmaz əmlak bazarına təsir göstərməsə də, aylıq kirayə qiymətlərində bu təsir açıq-aydın hiss olunur.
Ekspertin sözlərinə görə, hazırda kirayə mənzillərin qiymətində minimum 50-150 manat arası artım müşahidə olunur. Bu rəqəmlər otaq sayına görə dəyişir.
Rusiya vətəndaşları kirayə mənzilləri daha çox şəhərin mərkəzi hissələrində axtarırlar.
Mənzil satışı bazarında da qiymət artımı var. Ancaq bu artım Rusiya vətəndaşlarının Bakıya gəlmələri ilə bağlı deyil. Ümumilikdə, paytaxtda mənzil qiymətləri köhnə tikili binalarında 20, yeni tikililərdə isə 15 faizə qədər artıb.
Digər Xəbərlər

DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR+VİDEO

Hərbçilərimiz Moskvada Qələbə paradında keçid etdilər - VİDEO

"BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO

İlham Əliyev və Mehriban Əliyeva faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib
