Paytaxtın mərkəzində evlər söküləcək: Park salınacaq - VİDEO
Hazırda paytaxt Bakı şəhərində bir neçə istiqamətdə söküntü işləri aparılır. Bəzi ərazilərdə söküntülər özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir ki, bu da qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsini əhatə edir.
Hazırda isə Yasamal rayonunun "Sovetski" adlanan ərazisində söküntü işləri dövlət tərəfindən aparılır. Bu ərazilər dövlət ehtiyacları üçün alınır və yaxın gələcəkdə burada böyük parkların salınması planlaşdırılır.
Adalet.az AzTV-yə istinadən bildirir ki, "Sovetski" adlanan ərazidə ilin sonunadək 4 200-dən çox mənzilin sökülməsi nəzərdə tutulur. Dövlət layihəsinə əsasən, indiyədək "Sovetski"də 600 mənzil tam, 850-yə yaxın mənzil isə qismən sökülüb. Məqsəd Bakını müasir görkəmdə, daha avanqard və rahat şəhərə çevirməkdir.
Yenidənqurma işləri aparılan ərazilərdə mədəniyyət abidələrinin və dövlət əhəmiyyətli tikililərin sökülməsi nəzərdə tutulmayıb. Yəni müasirliklə tarix vəhdət təşkil edəcək. Bu isə dövlətin mədəni irsə həssas yanaşmasının bariz nümunəsidir.
Söküntü işləri paytaxtın tarixi binalarını qorumaqla yanaşı, yaşıllıq ərazilərinin genişləndirilməsinə yönəlib. Necə ki, illər əvvəl Mərkəzi park da eyni məqsədlə salınıb.
Beləliklə, şəhərin mərkəzində həm ekoloji mühit yaxşılaşacaq, həm də sakinlərin asudə vaxtlarının daha rahat təşkili təmin olunacaq. Nəticədə paytaxt Bakı daha insanyönümlü şəhərə çevriləcək.
Sakinlərin sözlərinə görə, hazırda ərazidə hava bir qədər küləklidir və insan azdır. Lakin yay aylarında burada sıxlıq yaşanır:
"İndi hava bir az küləklidir, adam azdır. Amma yayda burada tərpənmək olmur. Ərazi nə qədər böyük olsa, bir o qədər yaxşı olar, inşallah".
Digər sakin isə qeyd edib:
"Bura insanların istirahət üçün seçdiyi məkandır. Xüsusilə həftəsonları daha da abadlaşdırılsa, çox gözəl olar".
Qeyd edək ki, paytaxtın yeddi rayonunda - Yasamal, Binaqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu və Suraxanıda istismar müddətini başa vurmuş binaların sökülməsi nəzərdə tutulub.
Digər Xəbərlər
22 Fevral 2026 13:33
Bakıda yeni marşrut xətti istifadəyə VERİLDİ
22 Fevral 2026 12:05
Bakıda güclü külək, regionlarda duman - Faktiki hava
21 Fevral 2026 23:55
Bu yolda avtobus zolağı ləğv olundu, cərimə yazılmayacaq - VİDEO
21 Fevral 2026 21:40
Bakıda bina sakinləri ilə sahibkarlar arasında şlaqbaum “dava”sı - VİDEO
21 Fevral 2026 15:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
21 Fevral 2026 12:43
Bazar günü hava necə olacaq?
21 Fevral 2026 12:42
Naxçıvan MR-nin üç şəhərində suvarma və kollektor-drenaj şəbəkələri tikiləcək
21 Fevral 2026 11:53


Bakı -°C

