adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Noyabr 2022 13:19
405
DÜNYA

Peşəkar "Vaqner" Qrupu,yaxud, Afrikada bombalanan rusiyalı muzdlular -TƏFƏRRÜAT

Vaqner Qrupu yaxud "Vaqner" ÖHŞ (Özəl Hərbi Şirkət) Rusiyada Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir.

Qrupa daxil olan muzdlularının Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir. Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər. həmin qrupdan məlumat var

Adalet.az korrespondent.net-ə istinadən xəbər verir ki, Mərkəzi Afrika Respublikasında (MAR) naməlum təyyarə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin bu ölkədə yerləşən bazasını bombalayıb.

Təyyarə Bosanqoa şəhəri yaxınlığındakı düşərgəyə 4 bomba atıb. Hücum zamanı tələfatın olmadığı bildirilib. Yerli hakimiyyət orqanları Rusiya hərbçilərinin istifadə etdiyi bazanın gecə “işıqsız uçan” naməlum təyyarə ilə vurulduğunu bildirir.


Qeyd edək ki, 2017-ci ilin oktyabrında Soçidə Mərkəzi Afrika Respublikası prezidenti Faustin-Archange Touadéra və Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov arasında görüş baş tutdu. Bu görüşdən sonra Moskva BMT-dən MAR-a silah göndərilməsi ilə bağlı qadağanı aradan qaldırmağı xahiş etdi.

2018-ci ilin martında isə Rusiyanın Xarici İşlər Nazirliyi bildirdi ki, MAR-ın prezidentinin xahişinə uyğun olaraq Rusiya tərəfi bu ölkəyə pulsuz olaraq hərbi-texniki kömək göstərmək barədə qərar qəbul edib.

2018-ci ilin qışında Rusiyadan Mərkəzi Afrika Respublikasına silah və sursatların bir hissəsi göndərildi. Həmçinin, Rusiya Mərkəzi Afrika Respublikasında "hərbi qulluqçuların hazırlığı üçün" beş rus hərbçisi və 170 Rusiya vətəndaşı olan təlimatçını göndərdi. "The Bell" nəşrinin mənbəyi iddia edirdi ki, həmin ilin iyun ayından etibarən "Vaqner" silahlı qruplaşmasının əməkdaşları Mərkəzi Afrika Respublikasının silahlı qüvvələrinə məşq keçir.
Xatırladaq ki, 12 noyabr 1966-cı ildə Moskva şəhərində anadan olan, rəssam Cövdət Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın oğlu Orxan Camal 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib.


Əntiqə Rəşid