adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2025 16:17
59
DÜNYA
A- A+

Peskov Ukraynanı hədələyib

Ukrayna hakimiyyəti sülh nizamlanması ilə bağlı dərhal qərar verməlidir, əks halda çox gec olacaq.

Adalet.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiyanın hücum əməliyyatları Zelenskini “danışıqlar aparmağa və bunu elə indi etməyə” sövq etməlidir.

Kreml rəsmisi vurğulayıb ki, Rusiya silahlı qüvvələrinin hücum əməliyyatlarının gedişatı zamanı Ukrayna ərazilərini itirdikcə, onun üçün qərar qəbul etmə azadlığının imkanları daralır.

“Məhz bu, Zelenskini və onun rejimini sülh yolu ilə nizamlanmaya məcbur etmək cəhdidir. Bunu davam etdirmək onlar üçün mənasız və təhlükəlidir. Rejim məsuliyyətli qərar qəbul etməli və bunu indi etməlidir", - Peskov fikrini yekunlaşdırıb.