adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Mart 2024 14:24
653
GÜNDƏM

Petrosyan deyir ki, Voskeparı verməyəcəyik: Elə Vardanyanda Qarabağı vermirdi

Erməni mediası son günlər çox "təlaş"lı xəbər və məlumatlar dərc edir. Xüsusən, ermənilərin Voskepar dediyi Əskiparadan (Voskepar) Məlumdur ki, Azərbaycanın Yuxarı və Aşağı Əskipara kəndlərinin yanında yerləşir.


Ermənistanın Demokratik Konsolidasiya Partiyasının rəhbəri Suren Petrosyan dostları ilə birlikdə Tavuş bölgəsinə gəlib. Bu həmin Suren Petrosyandır ki, 2022-ci ilin yayında Laçın şəhəri və Zabuxda "özünümüdafiə" adı ilə müqavimətə hazırlaşırdı. Həmin vaxt ilə birgə Zabux gələn Suren Petrosyan mediaya açıqlama vermişdi ki, Laçın və Zabuxun "özünümüdafiəsinə" praktiki hazır olan insanları mübarizəyə qoşulmağa çağırırıq:" 100-dən çox insan bizə qoşulmaq istəyini bildirib. Ermənistandan yüzlərlə məktub göndərilir, amma neçə nəfərin gələcəyini deyə bilmərəm. Çox şey barədə danışmaq istəmirəm, əsas məsələ buraya mümkün qədər çox adamın gəlməsidir".
Hətta Petrosyan demişdi ki, Ermənistan əhalisinin 0,1 faizi gələrsə, Laçını və Zabuxu təhvil verməyəcəklər.


Məlumata görə, Petrosyan Əskiparaya da (Voskepara) yollanıb.

Petrosyan bildirib ki, kənd sakinləri ilə gündəlik təmaslar mövcud problemləri daha qabarıq göstərir. O, Əskiparada (Voskepar) yaşayacağını və sona qədər kənd camaatının yanında olacağını iddia edib:

“Burada dövlətçilik məsələsi həll olunur və bunu Əskiparada (Voskepar) hamı başa düşür. Ən əsası odur ki, onlar deyirlər: heç bir şəraitdə təslim olmayacağıq. Hamımız onların yanında dayanıb əsaslı dəyişikliklərə buradan başlamalıyıq. Bu, son dərəcə vacibdir. Voskeparda qalacağıq, burada yaşayacağıq və sona qədər Voskeparın yanında duracağıq”.
Yuxarıda qeyd etdiyimiz kimi Suren hələ 2022-ci ilin avqustunda böyük bir prosesin qarşısını almaq üçün Laçın və Zabuxda olarkən nə qazandısa, hazırda eyni "qazanc" üçün özü demiş Voskepardadır.
Yadıma düşmüşkən, 44 günlük müharibədən və Ermənistanın məğlubiyyətindən sonra erməni milyarder Ruben Vardanyanın Rusiyanı tərk edərək Qarabağa köçməsi, burada yaşamağa davam etmək istəyi başına iş açdı. Hazırda "padval"ımızda çay içir.

Deyəsən, Demokratik Konsolidasiya Partiyasının rəhbəri Suren Petrosyan da həm Laçında, həm Zabuxda çox yorğun düşdü. Bir qazancı da olmadı. İndi də gəlib Voskepara burda da bir az yorulacaq. Zənnimizcə, bu Petrosyana da "padval"da mütləq bir "çay dəsgahı" açmaq lazımdır.

Əntiqə Rəşid