Pezeşkian: İranın sanksiyalara baxmayaraq, inkişaf edə biləcəyinə əminəm

İran ona qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, inkişaf edə bilər.
Adalet.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Kerman şəhərindəki polad zavoduna səfəri zamanı sanksiyaların nəticələrindən danışarkən deyib.
"Biz regionda bütün sahələrdə ən güclü ölkə ola bilərik", - o qeyd edib.
Pezeşkian bildirib: "Uzunmüddətli planlaşdırma olduğu təqdirdə yaxşı nəticələr əldə edə bilərik. Biz digər ölkələrin köməyinə ümid bəsləməməliyik".
Digər Xəbərlər

Kanadanın yeni Baş naziri: Heç vaxt, heç bir halda ABŞ-nin bir hissəsi olmayacağıq

Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir

Müharibəni 24 saata bitirəcəyi vədindən danışdı - "Zarafat edirdim"
