24 Oktyabr 2024 11:58
185
DÜNYA

Pezeşkian Paşinyanla görüşdü - YENİLƏNİB

Tehranla əlaqələrin daha da inkişaf etdirilməsi İrəvan üçün prioritetdir.

Adalet.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Kazanda keçirilən BRICS sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşündə deyib.

Onun sözlərinə görə, Pezeşkianın prezidentliyi dövründən bəri İranla münasibətlərin dinamikası nəinki qorunub saxlanılıb, hətta inkişaf edir.

***

10:11

İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Görüş Kazanda BRICS sammiti çərçivəsində baş tutub. Tərəflər Cənubi Qafqaz regionundakı vəziyyyəti müzakirə edib, iki ölkə arasındakı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Pezeşkian daha əvvəl BRICS sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Misir prezidenti Abdülfettah El Sisi və Çin lideri Si Cinpinlə də görüşüb.