Pirotexniki vasitələr satılan mağazalar aşkarlandı
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən P.Əzizli və M.Məmmədov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a bildirilib ki, həmin şəxslərə məxsus 2 mağazadan müxtəlif növ pirotexniki və tezalışan maddələr aşkarlanaraq götürülüb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.