Podolski 39 yaşında karyerasını bitirdi

Almaniya millisinin Polşaəsilli sabiq futbolçusu Lukas Podolski karyerasını başa vurub.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, o, “Qornik” (Polşa) və yetirməsi olduğu “Köln” (Almaniya) komandalarının özü üçün təşkil etdiyi vida matçında hər iki klubun formasını geyinib.
Həmin qarşılaşmada Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv, “Borussiya”nın (Dortmund) keçmiş qapıçısı Roman Vaydenfeller və “Bavariya”nın qolkiperi Manuel Noyer də meydana çıxıblar.
Qeyd edək ki, 39 yaşlı Lukas Podolski karyerası ərzində “Bavariya” (Almaniya), “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) və “Qalatasaray” (Türkiyə) kimi tanınmış komandalarda oynayıb. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
