adalet.az header logo
  • Bakı -°C
22 Iyun 2026 12:12
91
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Vaxtı...

Gecəm  qara,  gündüzüm də  dumanlı     
Ümidimin  özü  belə  gumanlı...   
Ətrafımda  neçə    cürə  imanlı - 
Öz -özümlə  anlaşmadım,  heç  vaxtı...

Sən  xəyala  çox  da dalma, amandı   
Ürək  andır  sızıldayan  kamandır...   
İndi elə bir  qəribə  zamandır -
Heç  bilmirsən  nə  vaxt  gəlir , köç  vaxtı...

Dağ  dərəyə  kölgə  salmır - küsübdü       
Dərə  dağdan  tay əlini  üzübdü... 
Qədər   sənin , son  badəni  süzübdü - 
Ay  Əbülfət, götür-qoy  et, seç  vaxtı...