İstərəm
İstərəm,yaradan sənə yar olsun,
Həyatın xoş olsun,bəxtiyar olsun.
Yaman günlərinin ömrü qar olsun,
Mən səni bəxtəvər görmək istərəm.
******
Bütün çətinliklər görüm yox olsun,
Xoş günlər başlasın,sayı çox olsun.
Ürəyin sevinclə tam ortaq olsun,
Mən səni bəxtəvər görmək istərəm.
******
Qəm-kədər yox olsun,izi qalmasın,
Dərdlərin kül olsun,közü qalmasın.
Dərdin adı qalsın,özü qalmasın,
Mən səni bəxtəvər görmək istərəm.
******
İstərəm,gözlərin gülsün hər zaman,
İstərəm,çöhrəndən yox olsun duman.
Səni qəmli görsəm,ölərəm o an,
Mən səni bəxtəvər görmək istərəm.
******
Mən haqq aşiqiyəm,haqqın yarıyam,
Səninlə dünyanın bəxtiyarıyam.
İstərəm,həmişə haqdan yarıyam,
Mən səni bəxtəvər görmək istərəm.
******
Sən gözəl Allahın xoş bəndəsisən,
Bütün ümüdlərin qalib səsisən.
Sonunda qələbə çalan dərsisən,
Mən səni bəxtəvər görmək istərəm.
******
Sağlığı Tanrıdan sən mükafat al,
Şüşə tək büllur ol,ucalıqda qal.
Hər zaman qalib ol,sən qələbə çal,
Mən səni bəxtəvər görmək istərəm.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.


Bakı -°C

