“Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” - Araz Musayev Elçin Quliyevə müraciət etdi
Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev, həmçinin bir qrup məşqçi, idmançı və federasiya nümayəndəsi Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə 25–27 iyun tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Muaytay üzrə Azərbaycan Çempionatının keçirilməsinin planlaşdırıldığı, lakin bu prosesin Azərbaycan Muaytay Federasiyasının razılığı və iştirakı olmadan təşkil edilməyə cəhd göstərildiyi qeyd olunur.
Müraciətdə bildirilir ki, belə bir addım federasiyanın üzvlərinin, məşqçilərinin və idmançılarının hüquqlarının pozulmasına səbəb olur. Yarışın keçirilməsi təşəbbüsü ilə çıxış edən Uşu Federasiyasının prezidenti Azər Həsənov, Kikboksinq Federasiyasının birinci vitse-prezidenti Elşən Əbdülrəhmanov və Vüqar Əsədovla bağlı Türkiyədə Araz Musayevin bıçaqlanması hadisəsi üzrə hüquqi proseslər də davam edir.
Qeyd olunub ki, Muaytayın digər federasiyanın tərkibinə verilməsi ilə bağlı qəbul edilmiş 38 saylı qərar məhkəmə tərəfindən ləğv edilib və akreditasiya məsələsinə yenidən baxılması tapşırılıb. Buna baxmayaraq, akreditasiya prosesi yekunlaşmadan Muaytay üzrə Azərbaycan Çempionatının keçirilməsinə cəhd göstərildiyi vurğulanır.
Federasiya nümayəndələri aidiyyəti dövlət qurumlarından məsələnin araşdırılmasını və qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini xahiş ediblər.
Xatırladaq ki, 23 may 2026-cı il tarixində keçirilmiş Azərbaycan Muaytay Federasiyasının ümumi yığıncağında Araz Musayev növbəti dörd il müddətinə federasiyanın prezidenti seçilib və bununla bağlı sənədlər, eləcə də video materiallar Ədliyyə Nazirliyinə təqdim olunub.
Digər Xəbərlər
22 Iyun 2026 13:33
Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi
22 Iyun 2026 12:15
Ötən həftə 113 mina zərərsizləşdirilib
22 Iyun 2026 10:16
"Airbus A320neo" AZAL donanmasında!
22 Iyun 2026 09:34
Yol Polisindən nümunəvi addım - VİDEO
22 Iyun 2026 08:56
MN-dən ÇAĞIRIŞ: Heç bir narahatlığa əsas yoxdur
22 Iyun 2026 08:51
Əhaliyə MÜRACİƏT EDİLDİ: Riayət edilməlidir...
21 Iyun 2026 15:46
Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
21 Iyun 2026 14:08


Bakı -°C

