Sabah hava necə olacaq?
İyunun 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65%, gündüz 45-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.
Digər Xəbərlər
22 Iyun 2026 13:22
Böyük köç: Yolumuz Şükürbəyliyə! - YENİLƏNİB
22 Iyun 2026 12:25
Azərbaycanda bəzi çimərliklərdən istifadə qadağan edildi
22 Iyun 2026 10:36
Qaradağda tarixi karvansaraya ziyan vurulub
22 Iyun 2026 08:52
Bu həftə 4 gün işləyəcəyik
21 Iyun 2026 17:16
Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTOLAR
21 Iyun 2026 16:31
Masazırda motosiklet sürücülərinə qarşı REYD - 45 nəfər saxlanıldı
21 Iyun 2026 12:24
Azərbaycana YAY GƏLDİ
20 Iyun 2026 16:22


Bakı -°C

