08 Aprel 2025 10:38
582
KRİMİNAL

Polis 10,5 kq narkotik aşkarlayıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 7-də ümumi çəkisi 10,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-dən Adalet.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,1 kiloqrama yaxın heroin, 5,3 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.