Polis 8 kiloqramdan çox narkotik vasitə aşkar etdi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 26-da ümumi çəkisi 8,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin, 2,3 kiloqramdan çox marixuana, 5,2 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 692 ədəd psixotrop tərkibli həb və 4000 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.