26 May 2025 10:37
425
KRİMİNAL

Qanunsuz saxlanılan silah-sursat götürüldü

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Adalet.az xəbər verir ki, mayın 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və 28 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.