Polisə tabe olmayan “KamAZ” sürücüsü HƏBS EDİLDİ - VİDEO
“Kamaz” markalı, 41-BA-269 dövlət qeydiyyat nişanlı yük avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının VI Taqımının əməkdaşları tərəfindən stasionar postda nəzarət qaydasında saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Məlumata görə, yoxlama zamanı sürücü V.Həsənovun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını bilərəkdən gizlətməsi, eyni zamanda nəqliyyat vasitəsinin üzərində 932 (doqquz yüz otuz iki) manat ödənilməyən cərimə borcunun olması aşkar olunduğundan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdiriləcəyi bildirildikdə o, polis işcisinin qanuni tələbinə əməl etməyərək ərazidən uzaqlaşıb.
Bir müddət sonra V.Həsənov başqa bir avtomobillə stasionar posta qayıdaraq taqımın inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək cərimələri ödəməyəcəyini bildirib.
Bu səbəbdən V.Həsənov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Vüsal Həsənov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.
Digər Xəbərlər
01 Mart 2026 11:23
ANAMA əməkdaşı dünyasını dəyişdi
28 Fevral 2026 23:33
Şamaxıda yenə zəlzələ oldu
28 Fevral 2026 10:47
İsmayıllıda zəncirvarı qəza: 2 nəfər öldü
28 Fevral 2026 09:59
Bakıda mənzildə meyit tapılıb
28 Fevral 2026 09:16
Şamaxıda yenə zəlzələ oldu - YENİLƏNİB
27 Fevral 2026 19:22
Şamaxıdakı zəlzələ anından - GÖRÜNTÜLƏR
27 Fevral 2026 18:02
"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlının meyiti dənizdən tapıldı
27 Fevral 2026 16:31


Bakı -°C

