Polisə tabesizlik göstərən sürücü həbs edildi - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postunda Rəvan Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobil işıq cihazları nasaz olduğu üçün saxlanılıb.
Adalet.az xəbər verir ki, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib. Lakin, R.Əhmədov məsuliyyətdən yayınmaq məqsədilə sərnişini Tayfun Nəcəfovla birgə polisə tabesizlik göstərib, özünə xəsarət yetirməklə süni gərginlik yaratmağa calışıb.
Tibbi müayinə zamanı hər iki şəxsin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Ərazi polis orqanına təhvil verilən R.Əhmədov barəsində müvafiq inzibati tənbeh tədbiri görülüb, üzərindən narkotik vasitə götürülən T.Nəcəfov isə məhkəmənin qərarı ilə 20 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Digər Xəbərlər
24 Oktyabr 2026 12:10
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
24 Oktyabr 2026 10:04
Zaqatalada oğurluq edən şəxs tutuldu
24 Oktyabr 2026 09:50
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - VİDEO
23 Oktyabr 2026 16:02
DİN-dən əməliyyat - Həbs edilənlər var
23 Oktyabr 2026 09:53
Olimpiya Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq mənimsəmə
22 Oktyabr 2026 17:27
25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
21 Oktyabr 2026 13:50
Gürcüstanda əməliyyat keçirilib, 142 nəfər saxlanılıb
21 Oktyabr 2026 12:39


Bakı -°C

