"“Azərbaycan Xankəndidə atəşkəsi pozur" yazmaq araqarışdırmaqdır"
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi məlumat yazıb: "Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.
MN bildirir ki, yayılan bu məlumatı qəti surətdə təkzib edirik".
Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu açıqlama verib:"Erməni və Rusiya saytları “Azərbaycan atəşkəsi pozaraq Xankəndi istiqamətində atəş açıb” dezinformasiyasını tirajlamaqla məşğuldurlar. Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsini həzm etmək istəmirlər. Yevlaxda ermənilər növbəti kapitulyasiya sənədinə imza atsalar da, içərilərindəki təxribatçıların və onlara dəstək verən xarici mərkəzlərin vəziyyəti gərginləşdirmək istəkləri istisna deyil.
Ona görə daxili qoşunlarımızın Xankəndinə və Qarabağın ermənilər yaşayan digər məntəqələrinə daxil olması mütləq şərtdir, bu məsələləri Rusiya hərbi kontingentinə etibar edə bilmərik. Atəşkəs razılaşmasından bir neçə saat sonra erməni separatçıları Rusiya hərbi kontingentinin nəqliyyat vasitəsinə atəş açıblar və bir neçə hərbçini öldürüblər. Moskvadan səs çıxmadı. Biz öz ərazimizdə həm separatizmlə, həm də onlara açıq və gizli dəstək verən mərkəzlərlə mübarizə aparmaq məcburiyyətindəyik".
Qeyd edək ki, Azərbaycanın Xankəndi şəhərində mülki şəxslərin silahlandırılmasını əks etdirən görüntülər yayılıb. Bu barədə erməni Teleqram kanalları görüntülər paylaşıb. Görüntülərdə mülki geyimdə olan şəxsin çiynində avtomat asıldığı görünür. Bu da qarşı tərəfin bütün beynəlxalq normaları pozaraq mülki şəxslərə silah verdiyini və bundan təxribat məqsədilə istifadəni planlaşdırdığı ehtimal olunur.
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir
23 Mart 2026 16:00
“PUA-lar uçacaq, narahat olmayın” - MN
23 Mart 2026 09:43
Sakit okeanda 5,5 bal gücündə zəlzələ oldu
23 Mart 2026 09:26
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
22 Mart 2026 16:47
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib
22 Mart 2026 13:50


Bakı -°C


