Politoloqdan Paşinyana:"Bizi Aİ-yə çağıran,orda gözləyən yoxdur, amma BRİKS.."
Qafqazda Aİ-na meyillilik bir sıra fikirlərin ortaya çıxmasına səbəb olub.
Adalet.az xəbər verir ki, erməni politoloq Vahe Hovhannisyan öz sosial şəbəkə hesabında məsələ ilə bağlı fikitlərini yazıb. O bildirib ki, bizi heç kim Aİ-yə dəvət etmir və heç kim gözləmir:"Bizi heç kim Aİ-yə dəvət etmir və heç kim gözləmir, bizim yaxın gələcəkdə Aİ ilə quru yolu perspektivimiz yoxdur və bu şərtlər daxilində hakimiyyət adi populizm və dövlət avantürizmi yolunu seçib".
Hökümətə məsləhət verib yol göstərən politoloq hesab edir ki, Aİ-yə üzv olmaqdan daha effektiv iş BRİKS-lə əlaqələr qurmaqdır:"Erməni xalqına BRİKS ilə əməkdaşlıq kimi real inkişaf üçün əsası olan və işə yarayan ideya təklif etməkdir. BRİKS-in potensialı və inkişaf imkanları bu gün həmin Qərbdə ətraflı müzakirə olunur. Lakin Ermənistanda demək olar ki, buna diqqət yetirimlir. Bu perspektivdə hər bir vətəndaşın marağını olduğu kimi, xalqa izah etmək, əsaslandırmaq, dövlət maraqlarını da gözə çarpdırmaq lazımdır.
Ermənistanın əsas iqtisadi tərəfdaşı olan Rusiya BRİKS üzvüdür, həmçinin Ermənistanın bilavasitə qonşusu İran, Azərbaycan və Türkiyədir. Gürcüstan Aİ ilə danışıqları dondurur, bizim böyük potensial dəstəkçilərimiz, onlarla çox milyardlıq ciddi infrastruktur layihələri həyata keçirə biləcəyimiz BRİKS-in üzvləridir: Çin, Hindistan. Tezliklə Ermənistan nəinki BRİKS-ə namizəd ola bilər, həm də BRİKS-in əhatəsində ola bilər".
Erməni politoloq Ermənistan baş nazirinə atmaca atmaqdan da vaz keçməyib: "Əslində Ermənistanın Aİ ilə səriştəli münasibətləri inkişaf etdirmək üçün böyük potensialı var. Milyonlarla soydaşımız Qərbdə, Aİ-də yaşayır və bu, yaxşı körpü, xüsusi münasibətlər üçün daimi fürsətdir. Kooperativ və etibarlı münasibətlərin inkişaf etdirilməsi arzuolunan və zəruridir . Amma hər dəqiqə bir rola girmək AB ilə real tərəfdaşlığa yalnız zərərlidir”.
Qeyd edək ki, oktyabr ayında Ermənistan parlamentdə respublikanın baş nazirinin müavini Mqer Qriqoryan İrəvanın hazırkı mərhələdə birliyin üzvü olmaq imkanını müzakirə etmədiyini vurğulamışdı.
Əntiqə Rəşid
Digər Xəbərlər
10 Noyabr 2025 13:39
Türkiyədə televiziya kanalına silahlı hücum
10 Noyabr 2025 13:17
"Türkiyənin bugünkü nəsli Atatürkün vəsiyyətlərinə sadiqdir" - Ərdoğan
10 Noyabr 2025 11:35
Türkiyənin Qara dəniz sahilləri "Naticional Geographic"in "BEST OF THE WORLD-2026" siyahısında
10 Noyabr 2025 09:25
Şahbaz Şərif Bakıdan qayıdan kimi bu qərarı ləğv etdi
10 Noyabr 2025 08:50
"Azərbaycan müharibəni bitirməyə razı olub, Paşinyan imtina edib" - Koçaryan
10 Noyabr 2025 08:48
"Rusiya daha çox ballistik raketlərdən istifadə edir" - Zelenski
10 Noyabr 2025 08:19
Atatürkün anım günüdür
09 Noyabr 2025 17:32


Bakı -°C


