adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 May 2023 16:23
1501
MÜSAHİBƏ

Polkovnik-leytenant: "Ermənistanin ikili oyunu  Azərbaycan ərazilərində təxribatlara hesablanıb"

 Ermənistanın baş naziri N. Paşinyan əvvəlcə konstruktiv bəyanatlar verir, sonra isə dərhal cavabını hansısa qeyd-şərtlə rəngləndirir. Bu da onu göstərir ki, Ermənistan konkret bir addım atmamaq üçün bütün mövcud variantlardan istifadədə israrlıdır. Axı, Ermənistanin ikili oyunu nəyə hesablanıb ?

Bu haqda hərbi- siyasi ekspert polkovnik - leytenant Elmar Hüseyn Adalet.az -ın suallarını cavablandırır.

- Cənab polkovnik -leytenant, siz bilərsiniz, ikili oyun qurmaqla Ermənistan nə etmək fikrindədir? Məqsədi nədir?

-  Detallara qısa olaraq baxaq. Ermənistana gələn ABŞ Müdafiə nazirliyinin rəsmiləri və Ermənistanın T.Ş katibi Armen Qriqoryan Rusiya Federasiyasına səfəri maraqlı deyilmı? İki bir birinin məhv etməyə hazır olan əks qütblər...

- Yeganə Qarabağ faktorudur ki, ABŞ və Rusiya kimi qanlı düşmənləri bir-birinə yaxınlaşdırır, bir cəbhədə birləşdirir...

- Bəli! Tarixə qısa nəzər edək. Qafqaz regionu dünyanın aparıcı dövlətləri üçün son 500 ildə daha mühüm maraq kəsb edib. Tariximizin son 200 ili daha amansizlıq və ədalətsizlik müşahidə edilib: Azərbaycanlıların 3 böyük deportasiyası,  amansız soyqrımlar, şəhər və kəndlərin yerlə-yeksan olması...

  Ən ağrılı məqamlar bir əsrdə baş verib. Bu hadisələr əsrin əvvəlində müstəqilliyimizin itirilməsi ilə dədə- baba torpalarımızın Ermənistan deyilən dövlətə bağışlanmasıdır. Bağışlanma XX əsrin sonlarında qəsbkarlıq ilə tamamlanaraq 20 faiz torpaqlarımızı itirməyimizə səbəb oldu. Bütün bu ikili yanaşma Azərbaycanın sonuna hesablansa da, 1993-ci ildə Umummilli lider Heydər Əliyev və 2020-2023 - cü illər ərzində, xüsusən 2020- ci ildə 44 günlük müharibədə Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz xidmətləri ölkəmizi daha strateji məqamlara çatdırdı.

- Paşinyanın ərazimizinbütövlüyünü tanıdığı bir vaxtda gələn qonaqların məqsədi nədir?

Əslində Ermənistan adlanan dövlətin Qafqazda yaradılması və qorunması  Azərbaycanı qismən "yıxmağa" hesablanmış bir plandır. İndi isə gələn və gedən qonaqları təhlil edək. Ermənistana gələn ABŞ Müdafiə nazirliyinin rəsmiləri “Yerablur”da olub. ABŞ-ın Ermənistandakı səfirliyi “Twitter” səhifəsində “General-mayor Keyt Fillips və cənab Patrik Prayor həlak olmuş hərbiçilərin xatirəsinə hörmət əlaməti olaraq “Yerablur” hərbi Xatirə kompleksinə ziyarət edərək, ora  gül əklillərini qoyublar”-yazdı.

Mayın 22-də Amerika səfirliyi, ABŞ Müdafiə nazirliyinin nümayəndələrinin Yerevana gəldiyini bəyan edib. “ABŞ səfirliyi Müdafiə Departamentinin general-mayoru Keyt Fillips və Patrik Prayoru Ermənistana gəlişini alqışlayıb. Səfər zamanı onlar Ermənistan hökumətinin rəsmiləri ilə görüşərək təhlükəsizlik sahəsində əməkdaşlığımızı müzakirə edəcəklər”.

Ağlımıza ilk gələn sual bu olur:"Hansı təhlükəsizlikdən söhbət gedir ? Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasından və ya Rusiyanın çöküşünü tezləşdirəcək  Rusiyada yaşayan erməni diasporunun daxili ixtişaşlarından ? Maraqlidir. Ancaq davam edək. Rəsmi məlumata görə, general-mayor Keyt Fillips Müdafiə Kəşfiyyat İdarəsinin əməliyyatlar üzrə direktorudur. Əgər belədirsə onda niyə ? Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə mayın 23-25-də Moskvada keçiriləcək təhlükəsizlik məsələlərini əlaqələndirən ali nümayəndələrin 11-ci beynəlxalq iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edir. 

d

Burda Ermənistanın marağı Qarabağ iqtisadi zonasına yonəlsə də keçirtdiyi görüşlər və hərbi əməkdaşlığı Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə ziddiyyət ilə tamamlanacaq. Buna təstiq olaraq mayın 22-də Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ müdafiə nazirliyinin nümayəndələri, general-mayor Keyt Fillips və Patrik Prayorun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq, eləcə də regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunması əsas arqumentimiz olur. Görüşdə Ermənistanın Müdafiə nazirliyinin verdiyi məlumata görə, görüşdə ABŞ-ın Ermənistan Respublikasındakı səfiri Kristina Kuin və hərbi attaşe də iştirak edib. Bütün bunlar Azərbaycanın suveren ərazilərində təxribatların davam etməsinə əsas verəcək faktorlardır.

Əntiqə Rəşid