adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7
13 Yanvar 2022 11:30
180
DÜNYA

Polşa ABŞ-ın Rusiyaya qarşı planlarını açıqladı

Poşanın Mysl Polska mətbu orqanı yazır ki, ABŞ və NATO Moskva və Kiyevi  müharibəyə təhrik etmək məqsədilə Rusiyanın təhlükəsizlik tələblərilə bağlı danışıqları pozmaq niyyətindədir.
 

Müəllif sual verir ki, Qərbin mövqeyini bildiyi halda Rusiyanın onların nümayəndələri ilə danışıqları davam etdirməsinin mənası varmı? "Mən düşünürəm ki, danışıqlardan heçnə əldə olunmayacaq. ABŞ və onun ətrafındakılar, NATO, açıq şəkildə münaqişəni qızışdırmağa çalışır".
 

Məqalədə qeyd olunur ki, Vaşinqton ciddi-cəhdlə Moskvanı müharibəyə başlamağa sövq edir və bununla yanşı özü bu müharibədə iştirak etməyə çalışmır.
 

"ABŞ nüvə müharibəsinin olmasını istəmir, çünki o müharibədə qalib olmayacaq. Onlara Ukraynada müharibə lazımdır. Ona görə də Rusiyanı bu müharibəyə başlamağa təhrik edirlər"- deyə qəzet yazır.
 

Məqalədə ABŞ və NATO-nun əlverişli mövqedə olduğu,  onların vətəndaşlarının bu müharibədə zərər çəkməyəcəyini bildirilir. Müəllif geoetik müharibəyə polyakların da cəlb oluna biləcəyini istisna etmir. Qohum xalqların üz-üzə qoyulmasına cəhd etmək ən azı murdarlıq kimi qüymətləndirilməlidir.

 

 "Doğrudan da bu şeytani planda elə vəziyyət yaranır ki, geniş miqyaslı münaqişədə, ümumi dinə malik, mədəni və etnik kökləri olan  rus və ukrayna xalqları bir-birilərini qıracaq"-deyə məqalənin müəllifi bidirir.

 

Rüstəm Hacıyev