Polşa Belarusla sərhəddə hərbçi toplayır - 17 min

Avqustun 1-də Polşa Belarusla sərhəddə 17 min hərbçinin iştirak edəcəyi genişmiqyaslı “Təhlükəsiz Podlasie” hərbi təliminə başlayacaq.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Komış bildirib.
Manevrlərə 18-ci Mexanikləşdirilmiş Diviziya rəhbərlik edəcək. Əməliyyat altı ay davam edəcək.
Polşanın Belarusla sərhəddə qoşunlarının sayını 6 mindən 17 minə çatdıracağı iyulun 10-da məlum olub. Müdafiə nazirinin müavini Pavel Beida bildirib ki, 8 mini birbaşa yerdə, qalanları isə ehtiyatda olacaq. Bir şey olarsa, bu 9 min əsgər bütün texnika və silahlarla 48 saat ərzində sərhədi müdafiə etmək üçün sərhədə gələcək.
Digər Xəbərlər

Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək

Bu ölkədə matəm elan olundu

Orbandan Tramp-Putin sammiti ilə bağlı açıqlama

"Türkiyə ilə çox yaxşı dialoqumuz var" - Mirzoyan

“Trampın fikrincə, Rusiya neft və qazını sata bilməsə, müharibəni...”

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB
