Polşa əks-kəşfiyyatı: Rusiya NATO-ya qarşı əməliyyata hazırdır
Rusiya NATO-ya qarşı əməliyyata hazırdır.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri Yaroslav Strojik deyib.
O bildirib ki, Kreml artıq NATO ölkəsinə qarşı kiçik hərbi əməliyyata hazırdır, amma bizdə tam məlumat yoxdur: “Yalnız ehtimallara əsaslanırıq”.
Y.Strojikin sözlərinə görə, əməliyyat Estoniyanın Narva şəhərində və ya İsveç adalarında ola bilər: “Kremlin niyyətlərinə mane olan sadəcə Qərbin mövqeyidir. NATO-ya hücum edilsə, Qərbin cavabı daha sərt olacaq”.
Xatırladaq ki, bir müddət əvvəl Polşa Prezidenti Anjey Duda Rusiyanın 2026-cı ildə hərbi potensialını bərpa edəcəyini və NATO ölkələrinə hücum edə biləcəyini bildirmişdi.
Digər Xəbərlər
19 May 2024 18:47