adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 May 2023 11:49
269
SİYASƏT

Prezident: “Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib”

“Bu ay biz Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etmişik və ilin sonuna qədər tədbirlər davam edəcək”.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.

Məhz Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra Azərbaycanın ayağa qalxa, inkişaf yoluna qədəm qoya bildiyini, vətəndaş müharibəsinə son qoyulduğunu söyləyən dövlətimizin başçısı qeyd edib:

“1993-cü ilin oktyabr ayından – o, prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib”.