Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
Dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra tənzimləmələr təsdiqlənib.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Vergi Məcəlləsi, "Sosial sığorta haqqında" və "Dövlət qulluğu haqqında" qanunlarda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, "Dövlət qulluğu haqqında" qanunda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatları tənzimləyən 33.2-ci maddə yeni redaksiyada verilir, dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar qulluğa xitam verilməsi zamanı birdəfəlik haqqın verilməsinə dair mexanizmlər təkmilləşdirilir.
Qanuna əlavə edilən yeni müddəalara əsasən əvvəllər tənzimlənməyən bir sıra münasibətlərə dair (dövlət qulluqçusunun hərbi xidmətə çağırılması ilə əlaqədar və s) yeni hüquqi əsaslar yaradılır, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluqçusunun vərəsələrinə müavinət ödənilməsi, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda ona müavinət ödənilməsi, habelə orta aylıq dövlət məvacibinin məbləğinin müəyyənləşdirilməsi qaydası ilə əlaqədar digər məsələlərin qanunvericilik əsasları müəyyən edilir.
Vergi Məcəlləsinə dəyişikliklər isə fiziki şəxslərin gəlir vergisindən azad olmasını nəzərdə tutan müddəaların dəqiqləşdirilməsi (dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün), "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklik isə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısının dəqiqləşdirilməsi məqsədi daşıyır və bu da eyni xarakterli dəyişikliklərdir.
Digər Xəbərlər
26 Yanvar 2026 16:55
Azərbaycan və BƏƏ parlamentləri arasında əməkdaşlıq müzakirə olundu
26 Yanvar 2026 16:42
Prezident bu cərimələri təsdiqlədi
26 Yanvar 2026 13:55
İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq - Ceyhun Bayramov
26 Yanvar 2026 12:45
“Belə olan halda ABŞ ilə əməkdaşlığa üstünlük verməmiz əsaslıdır...” – Elxan Şahinoğlu
26 Yanvar 2026 12:43
Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü
26 Yanvar 2026 11:51
İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik etdi
26 Yanvar 2026 10:56
Vaşinqton bölgəyə hava hücumundan müdafiə sistemləri yerləşdirir – Hərbi ekspert
26 Yanvar 2026 10:55


Bakı -°C

