Prezident: Ərazi bütövlüyü və suverenlik məsələlərində Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər
Ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər.
Adalet.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Volodimir Zelenskiyə təbrik məktubunda yer alıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir:
"Tarixən bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bugünkü səviyyəsi, bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur.
Biz dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyətimizi ifadə edirik.
Bu yaxınlarda Birləşmiş Krallıqda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan-Ukrayna dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik".
Digər Xəbərlər
26 Aprel 2026 20:20
Babiş Azərbaycana gəldi - FOTOLAR
26 Aprel 2026 17:00
Xalqımız sülhün dəyərini çox yaxşı anlayır - Prezident
26 Aprel 2026 15:55
Prezident “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü
26 Aprel 2026 11:28
"Vaşinqtonda atışma məni dərindən sarsıtdı" - İlham Əliyev
25 Aprel 2026 18:06
QHT nümayəndələri Nyu-York merinə Açıq Məktub yazdılar
25 Aprel 2026 17:49
“Azərbaycanla Ukrayna arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi...”
25 Aprel 2026 16:01
Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalandı
25 Aprel 2026 15:53


Bakı -°C

