Prezident Filip Rikeri qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.
Adalet.az xəbər verir ki, Filip Riker ABŞ dövlət katibi Antoni Blinkenin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş edib.
Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
13 Oktyabr 2026 19:29
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
13 Oktyabr 2026 19:00
Niderlandın XİN rəhbəri Azərbaycana gələcək
13 Oktyabr 2026 18:12
Prezidentin sosial şəbəkə hesablarında həmkarının səfəri ilə bağlı video paylaşıldı
13 Oktyabr 2026 18:06
Milli Məclisdə bu məsələlər müzakirə ediləcək
13 Oktyabr 2026 17:26
Sadır Japarov sabah Azərbaycana səfər edəcək
13 Oktyabr 2026 17:10
Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinin - XİN-dən çağırış
13 Oktyabr 2026 17:02
Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupu Bəyanat yaydı
13 Oktyabr 2026 15:35


Bakı -°C

