Prezident təyyarə qəzası ilə bağlı Əli Əsədova tapşırıq verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə əlaqə saxlayıb.
Adalet.az xəbər verir ki, Baş nazir Əli Əsədov ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq heyətinin həmin əraziyə göndərməyə və digər lazımi dəstək tədbirlərini görməyə hazır olduğunu bildirib.
Gürcüstan tərəfi bu dəstəyə görə təşəkkürünü bildirmiş, hal-hazırda Gürcüstanın aidiyyəti qurumlarının nümayəndələrinin ərazidə çalışdığını qeyd etmişdir. Söhbət zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Gürcüstan həmkarları ilə təmasda olduqları vurğulanmışdır.
Tərəflər faciə ilə əlaqədar təmasların davam etdirilməsini razılaşdırıb.
Digər Xəbərlər
11 Noyabr 2025 19:15
Kəmaləddin Heydərov gürcüstanlı nazirə zəng etdi
11 Noyabr 2025 18:40
Aqil Abbas Türkiyə səfirinə başsağlığı verdi
11 Noyabr 2025 14:18
"Sosial şəbəkələrdə "mükafat qazandınız" kimi vədlərə inanmayın" - DİN
11 Noyabr 2025 12:09
“Bu raketlərin əldə edilməsi döyüş potensialını kifayət qədər artıracaq”
11 Noyabr 2025 10:00
Azərbaycan bu ölkələrdən silah alır - SİYAHI
11 Noyabr 2025 08:56
Azyaşlılar üzərindən pul qazananlar - VİDEO
11 Noyabr 2025 08:50
Sahibkarlardan pul yığan şəxslər peyda olublar: Sənədlərə məcburi imza atdırırlar - VİDEO
11 Noyabr 2025 08:48


Bakı -°C

