adalet.az header logo
  • Bakı -°C

Bu millətə nə gəldi yedizdirirlər... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
439 | 2025-11-11 17:54
A- A+

 Başqa millətlərdən fərqli olaraq biz hər işin dərinliyinə  bir o qədər də getmirik. Deyirik ki, əşi, özgə xalqlar nə edir, etsin, əsas məsələ odur ki, biz öz " işimiz" lə məşğul olaq! Yəni günü - günə sataq və vaxtımızı yelə verək! İndi qayıdaq əsas məsələ üzərinə ! Yəni başqa millətlərdən geri qalmağımıza.

Başqa millətlərə  at, eşşək və ölü heyvan əti yedizdirmək olmaz! Amma bizə olar! Dəfələrlə  at, eşşək ətinə Bakıya gətirilərkən və bazarlarda satarkən hüquq- mühafizə orqanlarının əməkdaşları onları aşkarlayaraq saxlayıb . Sonradan həmin adamlar məhkəmə hökmü ilə məhkum edilib. Ancaq bir müddət keçməmiş onlar azadlığa çıxıblar, yenidən köhnə əməlləri ilə məşğul olublar. İndi də rayonlarda ölmüş heyvan leşləri yığın kriminal elementlər var. Onlar bu leşləri yeməkxanalara, ya da kolbasa sexlərinə verirlər .

Ona görə də, əhalinin böyük əksəriyyəti , hətta məşhur kolbasa firmaların istehsalı etdiyi məhsulu almaqdan ehtiyat edir! Düz də yol tuturlar. Çünki aidiyyəti qurumlar saxta və keyfiyyətsiz məhsullar istehsal edən   istehsalçılara qarşı yetərincə mübarizə aparmır. Bəlkə də, bizim ölkəmizdə qida istehsalı sahəsində mövcud olan nöqsanlar dünyanın heç bir ölkəsində yoxdu. Kimin kefi necə  istəyir elə də, məhsul istehsalı edir, təki pul çıxsın. Hərdən bir də Qida Təhlükəsizliyi Agentliyi gözəl kül üfürmək üçün arxasız bir obyektdə nöqsanlar üzə çıxarır və televiziya kanallarında nümayiş etdirir! Amma heç kim, vallah, çörəyi qulağına yemir.

Bizdə Qida Təhlükəsizliyi Agentliyinin adı var, fəaliyyəti isə bir o qədər də hiss olunmur! İndi də millətə Monqolustan, Brazilya, nə biləm , daha harda istehsal olunan  ət yedirtmək istəyirlər. Daha doğrusu, elə yedirdirlər də! Monqolustan gətirilmiş qoyun, quzu, mal ətlər məşhur marketlərin vitrinlərin  bəzəyir. O ətlərə  baxırsan qapqaradı.Sosial şəbəklərdə  Monqolustandan  gətirilmiş qoyun ətini nümayiş etdirib, onu dögrayaraq  qazana atıb qaynadılar. Qazan içi ağappaq olur. Elə bil ki, qazanda ət deyil, yağ qaynadılır! Və pis bir görüntü alınır.

Bu da belə! Deyilənə görə, bu ətin bir kilosuna 4 manat pul verirlər, amma camaata 12 manata satırlar. Heyvanlarımız dabaq olsa da, gec- tez onlar sağalacaq . Sadəcə olaraq, hər sahədə olduğu kimi,xaricdən  ölkəmizə ət gətirilməsində də , monopoliya mövcuddur. Bax bu ışlə məşğul olan adamlar millətin çətin vəziyyətdə onlara keyfiyyətsiz ət yedirtməklə yanaşı, həm də milyonlar qazanırlar.

Qazansınlar ey, ancaq bu yolla yox , halal yolla! Ölkədə heyvanlar arasında yayılmış xəstəliklər əlaqədar,quş  ətinin də qiymətini  bahalaşdrıblar. Hinduşka ətinin bir kilosu 18-20 manat, qaz, toyuq, ördək ətinin qiyməti isə 16-17 manatdır! Üzü Yeni ilə doğru gedirik və quş ətlərinin qiyməti belə getsə, bir qədər də bahalaşacaq! Bizə xaricdən gətirilən ət yox, baha olsa da , yerli ətimiz lazımdı!!!Mənşəyi bilinməyən ətləri yeməkdənsə, öz heyvanlarımızın  ətləri daha dadlıdı!!!

TƏQVİM / ARXİV