Sahibkarlardan pul yığan şəxslər peyda olublar: Sənədlərə məcburi imza atdırırlar - VİDEO
Abşeron və Sumqayıt ərazisində özlərini Dövlət Vergi Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər sahibkarlardan pul yığırlar.
Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, onlar Masazır kəndində bir neçə ticarət obyektinə daxil olaraq, guya "vergi xidmətləri" həyata keçirdiklərini bildiriblər. Hətta bəzi hallarda "müqavilə" adı altında saxta sənədlərə sahibkarları məcburi imza atdırıblar.
Həmin şəxslər ticarət obyektlərindən birinin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən şəxslərin quruma heç bir aidiyyəti yoxdur və onların bu cür "xidmətləri" mövcud deyil.
Xidmətdən əlavə olaraq o da bildirilib ki, bu cür hallara təkcə Abşeron və Sumqayıt ərazisində deyil, ölkənin digər bölgələrində də rast gəlinir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə qeyd olunub ki, məsələ ilə bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılır.
Digər Xəbərlər
11 Noyabr 2025 10:00
Azərbaycan bu ölkələrdən silah alır - SİYAHI
11 Noyabr 2025 08:56
Azyaşlılar üzərindən pul qazananlar - VİDEO
11 Noyabr 2025 08:48
Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir?
11 Noyabr 2025 08:36
Pakistanlı hərbçilərin paradda azyaşlıya reaksiyası maraq doğurdu - VİDEO
11 Noyabr 2025 08:32
“Xudayar, Zəngilandayıq, salam de” - VİDEO
10 Noyabr 2025 16:15
“Dində qonşulara münasibət həmişə ön planda olub...” - İlahiyyatçı
10 Noyabr 2025 12:17
DYP hərəkət iştirakçılarına çağırış etdi
10 Noyabr 2025 11:46


Bakı -°C

