Bu şəxslərə ŞAD XƏBƏR - Maaşları vergidən azad edilə bilər
"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyim təkliflərdən biri də minimum əməkhaqqının gəlir vergisindən azad edilməsi ilə bağlı idi".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, yeni ildən özəl sektorda 2500 manatadək əməkhaqqı 3.0 faiz gəlir vergisinə cəlb ediləcək.
"Dövlət və neft-qaz sektorunda olduğu kimi özəl sektorda da vergidən azad olunan məbləğ 200 manat nəzərdə tutulub. Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunması sosial təminat baxımından arzuolunandır. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik.
Həm dövlət, həm də özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər. Belə ki, bu halda gəlir vergisi hesablanan zaman vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşların artımına gətirib çıxarar. Bu o deməkdir ki, bu halda 2500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər".
Digər Xəbərlər
11 Noyabr 2025 07:44
Azərbaycanda ət UCUZLAŞDI - VİDEO
10 Noyabr 2025 13:40
2025-ci il üzrə ən çox tələb olunan peşələr
10 Noyabr 2025 10:10
“Kənd təsərrüfatlarının məhvinə yönələn geniş bir plan işləyir”
10 Noyabr 2025 09:12
Qızılın qiyməti ilk dəfə 4050 dolları keçdi
09 Noyabr 2025 11:25
“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim etdi - Foto
07 Noyabr 2025 12:16
“Ürək xəstəlikləri yalnız tibbi problem deyil, bir iqtisadi itkidir...”
06 Noyabr 2025 11:11
“Bütün növ əmək pensiyaları 10 faiz artacaq”
05 Noyabr 2025 17:34


Bakı -°C

