Prezident Trampa təşəkkür etdi
Hazırda Avro-Atlantik məkanda qalıq yanacaqlara münasibətdə əsas tendensiya dəyişib
Adalet.az bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Buna görə Prezident Trampa təşəkkür edirəm”, – Prezident İlham Əliyev əlavə edib.
Prezident qeyd edib ki, müqavilələr bu il keçirilən Bakı Enerji Həftəsi zamanı da imzalanıb. Onun sözlərinə görə, neft-qaz sektoru yenə də ən cəlbedici sahələrdən biri, investisiyaların həcminə görə isə ən böyük seqment olacaq.
“Bu, uzunmüddətli perspektiv üçün nəzərdə tutulub”, – dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, regionda, o cümlədən daha geniş regionda əlavə enerji istehsalı gücünə malik ölkələrin sayı çox deyil. Ölkələrin əksəriyyətinin enerji çatışmazlığı ilə üzləşdiyini deyən Prezident onların enerji resurslarını xaricdən, o cümlədən Azərbaycandan aldığını qeyd edib.
“Buna görə də bu üstünlük rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellektin inkişafı üçün istifadə oluna bilər. Biz artıq dünyanın aparıcı şirkətləri ilə çox fəal danışıqlar mərhələsindəyik”, – dövlət başçısı bildirib.
Prezident bərpaolunan enerji dedikdə yalnız enerji istehsalını deyil, həm də onun ötürülməsini və saxlanmasını nəzərdə tutduğunu deyib.
“Artıq 250 meqavat gücündə enerji saxlama sistemlərimiz var. Lakin bu, yalnız başlanğıcdır. Biz elektrik enerjisinin çox mühüm təchizatçısına çevrilmək istəyirik”, – Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycanın ixrac etdiyi neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələrlə yanaşı, elektrik enerjisinin, xüsusilə də Avropa bazarına ixracı enerji təhlükəsizliyini, bağlantıları və qarşılıqlı asılılığı daha da gücləndirəcək.
“Biz regionda bütün bu məhsulları ixrac edən azsaylı ölkələrdən biriyik”, – Prezident qeyd edib.
Digər Xəbərlər
21 Oktyabr 2026 23:00
Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar - FOTO
21 Oktyabr 2026 20:04
Ərdoğan İlham Əliyevi Ankaraya dəvət etdi
21 Oktyabr 2026 19:49
Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
21 Oktyabr 2026 19:36
Leyla Əliyeva Beynəlxalq Konqresdə çıxış etdi - FOTOLAR
21 Oktyabr 2026 17:10
İlham Əliyev bu sazişləri təsdiq etdi - YENİLƏNİB
21 Oktyabr 2026 15:06
Sosial şəbəkələrdəki müzakirələr Azərbaycan–Türkiyə müttəfiqliyinə təsir edə bilər? – AÇIQLAMA
21 Oktyabr 2026 13:55
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21 Oktyabr 2026 13:22


Bakı -°C

