Professor: “Əminəm ki, bu iş sonadək davam etdiriləcək...”
“Mən əminəm ki, bu siyahı hələ davam edəcək. Ölkə başçısı və eləcə də aidiyyatı qurumlar bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər. Bu çox mütləqdir, vacibdir və bunların cinayətlərini, tutduqları vəhşilikləri qanun diliylə bütün dünyaya tanıdacağıq, hamısına da qanun hansı cəzanı tələb edirsə, o da veriləcək”
Bunu Adalet.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, professor İlham Rəhmli Qarabağda erməni terrorçuların dırnağarası “lider”lərinin həbsi haqda danışarkən deyib. İ.Rəhimli bu istiqamətdə fəaliyyət göstərən güc strukturlarının nümayəndələrinə öz təşəkkürünü bildirib:
“Bu işdə çox ciddi, məsuliyyətlə və qızğın vətənpərvərlik ruhu ilə çalışan bütün insanları ancaq alqışlaya bilərəm. Sevinirəm ki, gec də olsa nəhayət ki, bu canilər Azərbaycana, türklərinə, torpağına, florasına, faunasına qarşı etdikləri vəhşiliklərin layiqli cəzasını alacaqlar. Əminəm ki, bu iş sonadək davam etdiriləcək, cəzaya layiq ermənilər məsuliyyə cəlb olunacaqlar”.
Vasif Əlihüseyn