"Prokurorluq" edən azərbaycanlı qız həbs edildi - Qızıl diş əməliyyatı

Türkiyədə azərbaycanlı gənc qız dələduzluqda ittiham olunub.
Adalet.az lent.az-a istinadən xəbər verir ki, hadisə Denizli şəhərində qeydə alınıb. Belə ki, azərbaycanlı 22 yaşlı Ləman Nuriyeva Perihan .Ç adlı qadına zəng edərək özünü prokuror kimi təqdim edib. Daha sonra həmin qadına evindəki qızıl və pulların FƏTO/PYD-yə aid olduğunu deyib və bağlama ilə həmin pulları alıb.
Aldadıldığını başa düşən qadın hüquq-mühafizə orqanlarına xəbər verib.
Polis və prokurorluq əməkdaşları axtarışa verilən azərbaycanlı qızın ağzında qızıl diş olduğunu öyrəniblər. Buna görə, onlar Ləmanı tutmaq üçün keçirdikləri əməliyyata "qızıl diş" adı veriblər.
Axtarışlar nəticəsində gənc qızın bir əyləncə mərkəzində olduğu bilinib. Məhz həmin qızıl dişi sayəsində gənc qız saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırmalar davam edir.
Digər Xəbərlər

Vəkillərə xidməti vəsiqə veriləcək

MƏHKƏMƏ: 1988-1992-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı sənədlər tədqiq edildi

Məhkəmədə Kərkicahana hücumlar və dinc sakinlərin öldürülməsi ilə bağlı sənədlər elan olunub

Baş prokurorun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Elnur Şükürov azadlığa çıxdı - FOTO

Əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxıldı

1990-cı ildə Azərbaycanın Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan edilib
