Prokurorluq Masallıdakı 73 min manatlıq yeyinti ilə bağlı məlumat yaydı
Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Masallı rayon prokurorluğundan Adalet.az-a bildirilib ki, istintaqla Məhərrəm Əliyevin 24.08.2022-ci il tarixdən 31.10.2023-cü il tarixədək Masallı rayon MKTİB-nin rəisi vəzifəsində işlədiyi müddətdə qurumun baş mühasibi Qurbanxan İsgəndərov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 73 min manatdan artıq büdcə vəsaitini “Məhəmməd-2022” MMC-nin direktoru Yaşar Heydərovun köməkliyi ilə mənimsəməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Məhərrəm Əliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda törədilməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), Qurbanxan İsgəndərova və Yaşar Heydərova isə həmin Məcəllənin 32.5, 179.2.3, 32.5, 179.2.4, (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmədə köməkçi) 308.1, 313-cü və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə məhkəməyə göndərilib.
Digər Xəbərlər
08 Sentyabr 2026 16:50
Anar Əsədli barəsində qərar verildi
08 Sentyabr 2026 15:08
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00
Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
21 Avqust 2026 12:13
Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edild
20 Avqust 2026 13:50


Bakı -°C

