adalet.az header logo
  • Bakı -°C
31 Avqust 2026 12:01
60
DÜNYA
A- A+

Putin həbsdə olan Köçəryanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Robert Köçəryanı doğum günü münasibətilə təbrik edib.

Adalet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Putin teleqramında Köçəryana “sınaqlar qarşısında dözümlülük” arzulayıb.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittiham olunaraq iki ay müddətinə həbs edilib.