09 Oktyabr 2025 16:03
246
SİYASƏT

Putindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilir.

Adalet.az TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putin AZAL-ın təyyarəsinin qəzaya uğraması məsələsindən söz açıb. Putin faciənin Rusiya səması üzərində baş verdiyinə görə üzr istədiyini xatırladıb. Rusiya lideri digər məsələlərlə yanaşı, aviasiya qəzasını Ukraynaya məxsus PUA-nın səmada olması ilə əlaqələndirib.

"Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb. Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, - deyə Putin vurğulayıb.