“Rusiya hazırda qəbul etdiyi daxili qanunlarla qonşuları ilə təcrid siyasətinə keçir”
“Rusiya Müstəqil Dövlət Birliyi (MDB) ilə bağlı yeni strategiya ortaya qoyub. MDB dövlət başçılarının Tacikistanda növbəti sammiti keçiriləcək. Rusiya MDB-yə üzv ölkələr arasında siyasi-iqtisadi və hərbi əməkdaşlıq əlaqələrini yeni formatda inkişaf etdirmək üçün yeni sənədlər hazırlayıb. Sammitin yekununda bir sıra sənədlər qəbul ediləcək. Nəzərə alaq ki, MDB amorf qurumdur”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiya üzv ölkələr ilə qarşılıqlı etimada əsaslanan siyasət aparmır:
“Rusiya qəbul ediləcək sənədlərə siyasi -iqtisadi, hərbi-təhlükəsizlik və sərhədlərin xarici təhdidlərə qarşı qorunması kimi bəndlər yerləşdirib. Rusiya MDB ilə bağlı yeni strategiya qəbul edib. Rusiyanın bu siyasəti səmərə verməyəcək. Çünki, Rusiya bu sənədlərlə öz moderatorluğunu qabardır və Moskva ilə bir başa kordinasiyalı siyasəti özündə ehtiva edir”.
O bildirib ki, üzv ölkələrin xarici siyasət gündəmi var:
“Tacikistandan fərqli olaraq üzv ölkələr öz siyasətlərini Rusiya ilə məsafəli saxlayır. Xüsusilə, Rusiyanın MDB ölkələrindən miqrantlara qarşı qanunları sərtləşdirməsi və onlara qarşı zorakılıq Qazaxıstana ərazi iddiaları və Özbəkistanın cəzalandırılması kimi açıqlamalar Moskvaya etimadı aşağı səviyyəyə endirib”.
M.Əsədullazadə deyib ki, Rusiya Ukraynada kifayət qədər strateji məğlubiyyətə uğrayır:
“MDB üzvü olan Ukraynanın ərazi bütövlüyünü pozaraq işğal siyasəti aparır. Azərbaycanın mülki AZAL təyyarəsini vurub. Ermənistanda seçki öncəsi müxalifətə dəstək verərək, hakimiyyət çevrilişinə hazırlıq edir. Belə olan təqdirdə Rusiyanın MDB-də dirçəltmək siyasəti mümkün olmayacaq”.
Politoloq bildirib ki, Rusiya hazırda qəbul etdiyi daxili qanunlarla qonşuları ilə təcrid siyasətinə keçir:
“Mərkəzi Asiya və Cənubi Qafqazdan miqrantları qəbul etmir. Hər iki regionun ölkələri ilə münasibətlər hamar deyil. Həmçinin Qərblə geosiyasi müharibə aparır. Həmçinin Ermənistan Qərbyönümlü siyasət aparır. Cənubi Qafqazda yeni geosiyasi nizam qurulur. Türk Dövlətləri Təşkilatı Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bir hərbi və iqtisadi layihələr reallaşdırır. ABŞ Zəngəzur dəhlizinə nəzarət edəcək. Ona görə də MDB ölkələrini öz ətrafında birləşdirib, yeni geosiyasi güc yaratmaq imkanları məhduddur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Noyabr 2025 18:05
Bakıda "Sülh Körpüsü" Təşəbbüsünün növbəti görüşü keçirilib
22 Noyabr 2025 14:00
Prezident Vahid Əzizi təltif etdi
22 Noyabr 2025 11:19
Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun - Hərbi ekspert
21 Noyabr 2025 18:07
Sumqayıtın inkişafı və təklif olunan əsas prioritetlər
21 Noyabr 2025 17:59
Əli Əsədov BTİ baş katibi ilə görüşüb
21 Noyabr 2025 17:43
Aygün Attar: “1918-ci ilin ruhu bu gün də yaşayır”
21 Noyabr 2025 17:17
Azərbaycan və Türkiyə parlamentləri arasında müzakirələr aparılıb
21 Noyabr 2025 16:58


Bakı -°C

