"Xarici borcumuz çox aşağı səviyyədədir" - İlham Əliyev
Bizim xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun təqribən 6 faizindən bir qədər çoxdur.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
“Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır”, - Prezident İlham Əliyev bildirib.
Digər Xəbərlər
09 Yanvar 2026 08:31
İranda rejim çökərsə, nə baş verəcək? - Politoloqun şərhi
08 Yanvar 2026 14:03
“Putin Astraxan vilayətinin şimalındakı qumsal çölləri Çinə icarəyə verib”
08 Yanvar 2026 14:00
Ya İranı qarışdırırlar, ya da Türkiyədə... - Elxan Şükürlü yazır
08 Yanvar 2026 13:06


Bakı -°C

