FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 10-da ölkə ərazisində bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Bunu nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
Digər Xəbərlər

Qəzzaya yardım aparan gəmidə Azərbaycan vətəndaşları da saxlanılıb - RƏSMİ

MƏHKƏMƏ: Hərbi əməliyyatlara “VoMA”, ASALA və digər terror təşkilatları cəlb olunublar

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüb - VİDEO

"İtkinlərlə bağlı məlumat bazasının yaradılmasına ehtiyac var " - RƏSMİ

Mir Şahin Ağayev: Nankor sürüsünə müdhiş cavabımız olacaq

Baş nazir bu vəzifəli şəxslərə dair meyarları təsdiqlədi

Azərbaycan və Bosniya və Herseqovina memorandum imzaladı
