09 Oktyabr 2025 13:03
204
GÜNDƏM

Mir Şahin Ağayev: Nankor sürüsünə müdhiş cavabımız olacaq

Deyəsən, Cabir İmanovun ruhunu rahat buraxmaq istəməyənlər, daha doğrusu, qarahüruhun Yal Taqları sakitləşmək fikrində deyillər. Deməli, bu həm də o deməkdir ki, biz də, yəni sağlam təfəkkürün tərəfində olan, dövlətçi zehniyyətə malik düşərgə də sakitləşməli deyilik!

Adalet.az xəbər verir ki, bu sözləri ReAL TV-nin sahibi, tanınmış jurnalist Mir Şahin Ağayev qeyd edib.

“Cabir İmanov da, Tahir İmanov da milli-dövlətçi ziyalı dünyagörüşünün parlaq təmsilçiləridir. Biz onları - satiranın yüksək liqasının nümayəndələrini populist, avto-lavka “bədiyyatının” sosial şəbəkələrdə kütləyə aşağı zövq aşılayan qara-qura güruhunun ayağına verməyəcəyik və verməməliyik.

Tahir, əzizim, siz hüznünüzlə məşğul olun, dərdinizə şərikik. “Təfərrüatlarla”, tullantılarla biz məşğul olarıq! Oktyabrın 12-ni, saat 21-00-da Bizi (!) gözləsinlər! İşğal edilmiş bütün ərazilərimizi, o cümlədən doğma Laçını qaytaran Ali Baş Komandana təşəkkür etməyə!!! üfunət qoxuyan qaragüruhun linç qorxusu qarşısında (!) cəsarəti çatmayan nankor sürüsünə müdhiş cavabımız olacaq! 12 oktyabr saat 21-00!” – deyə Mir Şahin anons edib.