09 Oktyabr 2025 14:22
319
HADİSƏ

Sumqayıtda çayxana yandı

Sumqayıtda yanğın olub.

Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50 m² olan çayxanada mətbəxin yanar konstruksiyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan bir ədəd kondisioner qismən əriyib.

Çay evinin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.