Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

Türkiyədə rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ankara şəhərində keçirilən görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.
Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.
Əlaqələrimizin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib.
İkitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib.
Digər Xəbərlər

Türk dövlətləri birliyi: qlobal geosiyasi nizamda yeni koordinasiya mərhələsi

"Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir" - Rusiya lideri

"Azərbaycan ilə Rusiya arasında yaxşı dinamika mövcuddur" - Prezident

"Şübhəmiz yox idi ki, hər şey obyektiv araşdırılacaq" - İlham Əliyev

Putindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı AÇIQLAMA

İlham Əliyevlə Putinin görüşündən VİDEO

“Rusiya hazırda qəbul etdiyi daxili qanunlarla qonşuları ilə təcrid siyasətinə keçir”
