Qazi maşını o qədər “prava”sız sürüb ki, 34 min cərimə yığılıb - VİDEO

“Cənab Prezidentin mənə verdiyi avtomobili “Nəvai” postunda saxlayaraq əlimdən alıblar. Buna səbəb kimi 34 min manat cəriməmin olduğunu deyiblər”.
Adalet.az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində qazi Rəşad Əhmədli deyib.
“Bu günə kimi heç bir yol polisi məni saxlayıb deməyib ki, bu qədər cəriməm var, ya da “pravam” yoxdur. Maşınım cərimə meydançasına aparıldığı gündən bu yana cərimələrimin üstünə faiz gəlir. Qayda pozuntusu etmiş ola bilərəm, amma birinci dəfə cərimə olunsaydım, bir daha buna yol verməzdim”, - deyə şikayətçi əlavə edib.
O bu vaxta qədər sürücülük vəsiqəsi almamasına isə belə bəhanə gətirib: “Elə bilirdim ki, əlillərə “prava” verilmir. Amma nazirliyin icazə kağızı ilə sürücülük vəsiqəsi almaq olurmuş”.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Rəşad Əhmədlinin sözügedən məsələ ilə bağlı müraciəti nəzarət qaydasında araşdırılıb: “Araşdırma zamanı onun törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan hüquq pozuntuları ilə bağlı yaranmış cərimə öhdəliklərinə xitam verilməsinə dair hüquqi əsaslar müəyyən olunmayıb”.
Daha ətraflı videomaterialda:
Digər Xəbərlər

"İtkinlərlə bağlı məlumat bazasının yaradılmasına ehtiyac var " - RƏSMİ

Mir Şahin Ağayev: Nankor sürüsünə müdhiş cavabımız olacaq

Baş nazir bu vəzifəli şəxslərə dair meyarları təsdiqlədi

Azərbaycan və Bosniya və Herseqovina memorandum imzaladı

Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı maarifləndirilib

"Bakı Metropoliteni"nin işçilərinin maaşı verilmir? - Rəsmi açıqlama

"Süni intellektin cinayət məqsədləri üçün istifadəsinə maraq artır" - DTX-nin rəisi
